Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıblar - Foto

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıblar - Foto
30 Okt 2026 09:18

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları uğurlu nəticələr əldə ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın qadın cüdoçusu Könül Əliyeva (48 kq) turnirdə qızıl medal qazanıb.

Finalda türkiyəli Merve Azakla qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

Bununla da Könül Əliyeva "Böyük Dəbilqə" turnirində çempion olan ilk azərbaycanlı qadın cüdoçu kimi tarixə düşüb.

Azərbaycan cüdoçusu Balabəy Ağayev də (60 kq) turnirdə qızıl medal qazanıb.

Finalda Tacikistan təmsilçisi Loiq Kudbudinovla qarşılaşan idmançı rəqibinə qalib gələrək qızıl medalın sahibi olub.

Qeyd edək ki, "Böyük Dəbilqə" turniri oktyabrın 31-də başa çatacaq.

 


7 Noy 2026
İdman

Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb

Azərbaycan təmsilçisi Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında qadınların fərdi proqramında finala vəsiqə qazanıb.

5 Noy 2026
İdman

Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək

Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.

29 Okt 2026
İdman

İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)

Azərbaycanın üçqat Paralimpiya çempionu İlham Zəkiyev səmimi açıqlamaları ilə diqqət çəkib.

29 Okt 2026
İdman

Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub (FOTO)

27 və 28 oktyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi keçirilib.

23 Okt 2026
İdman

Veteran cüdoçu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.