Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Sergey Yemelini məğlub edib. Görüş 2:2 hesabı ilə başa çatsa da, Nihat Məmmədli xalların keyfiyyətinə görə qalib gəlib.
O, sabah qızıl medal uğrunda mübarizə aparacaq.
Yarımfinalda məğlub olan digər təmsilçimiz Həsrət Cəfərov isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq.
Dünya üzrə xam neft hasilatının 2026-cı ildə gündəlik orta hesabla 76,10 milyon barel təşkil edəcəyi, 2027-ci ildə isə 80,87 milyon barelə yüksələcəyi proqnozlaşdırılır.
Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı münaqişə başlayandan bəri ən böyük hərbi əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Mübadilənin yaxın iki-üç həftə ərzində baş tutacağı gözlənilir.
Avstraliya regionun ada dövlətlərinə iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək etmək məqsədi daşıyan Sakit Okean İqlim Maliyyələşdirilməsi Mexanizmini (Pacific Climate Financing Mechanism) fəal şəkildə dəstəkləyir.
İsrailin cənubunda, Eylat kurort şəhəri yaxınlığında zəlzələ baş verib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çərşənbə günü Türk Dövlətləri Təşkilatının (TDT) yeni təyin olunmuş baş katibi Mirvohid Azimovla təşkilatın 2027-ci ildə Özbəkistanda keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edib.