İtaliyanın şərqində, Siciliya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerin 10 km dərinliyində baş verib.
Dünya üzrə xam neft hasilatının 2026-cı ildə gündəlik orta hesabla 76,10 milyon barel təşkil edəcəyi, 2027-ci ildə isə 80,87 milyon barelə yüksələcəyi proqnozlaşdırılır.
Rusiya və Ukrayna Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı münaqişə başlayandan bəri ən böyük hərbi əsir mübadiləsinin həyata keçirilməsi barədə razılığa gəliblər. Mübadilənin yaxın iki-üç həftə ərzində baş tutacağı gözlənilir.
Avstraliya regionun ada dövlətlərinə iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək etmək məqsədi daşıyan Sakit Okean İqlim Maliyyələşdirilməsi Mexanizmini (Pacific Climate Financing Mechanism) fəal şəkildə dəstəkləyir.
İsrailin cənubunda, Eylat kurort şəhəri yaxınlığında zəlzələ baş verib.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çərşənbə günü Türk Dövlətləri Təşkilatının (TDT) yeni təyin olunmuş baş katibi Mirvohid Azimovla təşkilatın 2027-ci ildə Özbəkistanda keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə edib.