Azərbaycanlı parataekvondoçusu Paris Qran-prisində gümüş medal qazandı - Foto

Azərbaycanlı parataekvondoçusu Paris Qran-prisində gümüş medal qazandı - Foto
09 Okt 2026 09:46

Fransanın paytaxtı Parisdə keçirilən parataekvondo üzrə Qran-pri yarışında ölkəmizi təmsil edən idmançılardan Sabir Zeynalov gümüş medalın sahibi olub.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

K44 kateqoriyasında 58 kiloqram çəki dərəcəsində mübarizə aparan parataekvondoçumuz turnirin final görüşündə İsrail təmsilçisi Asaf Yasuru ilə qarşılaşıb. Həlledici döyüşdə rəqibinə məğlub olan Sabir Zeynalov yarışın gümüş medalına yiyələnib.

Qeyd edək ki, ən reytinqli idmançıların qatıldığı Paris Qran-Prisində Azərbaycan milli komandası baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında üç parataekvondoçu - İmaməddin Xəlilov (70 kq), Sabir Zeynalov (58 kq) və Amin Əliyev (63 kq) ilə təmsil olunur.

Azərbaycanlı parataekvondoçusu Paris Qran-prisində gümüş medal qazandı - Foto


7 Noy 2026
İdman

Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb

Azərbaycan təmsilçisi Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında qadınların fərdi proqramında finala vəsiqə qazanıb.

5 Noy 2026
İdman

Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək

Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.

30 Okt 2026
İdman

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıblar - Foto

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları uğurlu nəticələr əldə ediblər.

29 Okt 2026
İdman

İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)

Azərbaycanın üçqat Paralimpiya çempionu İlham Zəkiyev səmimi açıqlamaları ilə diqqət çəkib.

29 Okt 2026
İdman

Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub (FOTO)

27 və 28 oktyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi keçirilib.