Dünya çempionu Lotar Matteus Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyir - Video

Dünya çempionu Lotar Matteus Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyir - Video
08 Okt 2026 10:19

Almaniya millisinin heyətində 1990-cı il dünya çempionu, 1980-ci il Avropa çempionu və 1990-cı ildə "Qızıl top" mükafatının sahibi olmuş sabiq futbolçu Lotar Matteus Bakıda keçirilən cüdo üzrə dünya çempionatını izləyir.

Oxu.Az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Azərbaycana ilk səfərindən və dünya çempionatından danışıb. 

"Beynəlxalq Cüdo Federasiyasının dəvəti ilə Bakıdayam. İlk dəfədir ki, Bakıya və Azərbaycana gəlirəm.

Şəhəriniz möhtəşəmdir. Burada olduğum üçün şadam. Cüdoya marağım böyükdür. Bu idman növündə hakimə böyük hörmət var. Bəzən futbolda buna rast gəlmirik. Dünya çempionatı çox önəmlidir", - deyə Matteus bildirib.

Sabiq futbolçu UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"ın Dortmund "Borussiya"sı ilə keçirəcəyi qarşılaşma barədə də fikirlərini bölüşüb:

"Qarabağ"la daha əvvəl üz-üzə gəliblər. "Borussiya" cütün favoritidir. Nəticə 90 dəqiqənin sonunda müəyyənləşəcək".


7 Noy 2026
İdman

Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb

Azərbaycan təmsilçisi Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında qadınların fərdi proqramında finala vəsiqə qazanıb.

5 Noy 2026
İdman

Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək

Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.

30 Okt 2026
İdman

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıblar - Foto

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları uğurlu nəticələr əldə ediblər.

29 Okt 2026
İdman

İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)

Azərbaycanın üçqat Paralimpiya çempionu İlham Zəkiyev səmimi açıqlamaları ilə diqqət çəkib.

29 Okt 2026
İdman

Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub (FOTO)

27 və 28 oktyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi keçirilib.