Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Dəstə kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.
Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Azərbaycan təmsilçisi Selcan Mahsudova Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 39-cu dünya çempionatında qadınların fərdi proqramında finala vəsiqə qazanıb.
Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları uğurlu nəticələr əldə ediblər.