Xankəndidə İşçi Qrupunun növbəti iclası keçirilib - Foto

Xankəndidə İşçi Qrupunun növbəti iclası keçirilib - Foto
02 Okt 2026 15:38

Oktyabrın 2-də Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Kommunikasiya üzrə İşçi Qrupunun növbəti iclası Xankəndi şəhərində keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda kommunikasiya fəaliyyətinin daha sistemli və intensiv şəkildə davam etdirilməsinin vacibliyi vurğulanıb.

İşçi Qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, minatəmizləmə fəaliyyəti, regionda iqtisadi canlanma, əhalinin məşğulluğunun təmin edilməsi, dayanıqlı məskunlaşma prosesinin təşviqi və digər istiqamətlər üzrə ictimaiyyətin davamlı məlumatlandırılması, eləcə də müvafiq təbliğat və təşviqat işləri həyata keçirilir.

Qeyd edilib ki, maarifləndirmə fəaliyyəti çərçivəsində seminarlar, dəyirmi masalar, konfranslar və görüşlər təşkil olunub, müxtəlif məlumat və təbliğat materialları hazırlanaraq yayılıb. Ümumilikdə bu istiqamətdə 1600-dən çox tədbir keçirilib.

2020-ci ildən ötən dövr ərzində işğaldan azad edilmiş ərazilərə 400-dən çox mediatur, gənclər, ictimai fəallar və bloqerlər üçün 100-dən çox infotur təşkil edilib. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin ərazilərə 22 səfəri həyata keçirilib.

Eyni zamanda, 1600-dən çox press-reliz hazırlanaraq media vasitəsilə ictimaiyyətə çatdırılıb, sosial media platformalarında müxtəlif mövzular üzrə 27 minə yaxın paylaşım edilib və həmin paylaşımlar milyonlarla sosial media istifadəçisini əhatə edib. İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq və məskunlaşma prosesini əks etdirən çoxsaylı videomateriallar hazırlanaraq yayımlanıb.

İclas zamanı İşçi Qrupun üzvlərinin təqdimatları dinlənilib, kommunikasiya fəaliyyətinin mövcud vəziyyəti, qarşıda duran vəzifələr, yeni təşəbbüslər və təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 


15 Okt 2026
Siyasət

Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində qeyri-rəsmi söhbət ediblər.

15 Okt 2026
Siyasət

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək.

15 Okt 2026
Siyasət

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib.

15 Okt 2026
Siyasət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

15 Okt 2026
Siyasət

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.