Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir - Davud Rüstəmov

Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir - Davud Rüstəmov
02 Okt 2026 14:40

Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir. Biz adətən enerji sektorunu daha aktual və kritik hesab etdiyimizdən, daha çox o sahədəki təhdidlərdən danışırıq. Lakin bu gün müdafiə sektorunda baş verən kiberfiziki təhdidlər artıq narahatlığın səviyyəsini düşünüləndən daha üst bir mərhələyə çatdırıb.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov “Müdafiə sahəsində kibertəhlükəsizlik” mövzusunda keçirilən sektorial görüşdə deyib.

O qeyd edib ki, geosiyasi proseslər kiber təhdidləri kənarda qoymur, əksinə, özü ilə paralel gətirir. Yaxın regionda, Körfəzdə baş verənlər və digər münaqişələr göstərir ki, hərbi obyektlər də kiber təhdidlərin fokusunda və hədəfindədir.

“Bu hədəflər müxtəlif formalarda mətbuata sızdıqdan sonra biz də izləyirik ki, hərbi təyinatlı texnikaların logistik hərəkətinin izlənilməsi kimi təhdidlər artıb. Son üç ildə baş verən onlarla kiber insidentin çarpaz təhlili və aralarındakı ümumi nöqtələrin tapılması bizə imkan verir ki, bu barədə daha həyəcanlı və təmkinli danışaq.

Rəqib, düşmən və ya bədniyyətli tərəf necə adlandırırıqsa, digər sektorlardakı bədniyyətlilərin təsnifatı ilə müdafiə sektorundakıların təsnifatı kəskin şəkildə fərqlənir. Çünki burada əsas məsələ məxfi məlumatlardır”,- deyə o bildirib.

D.Rüstəmov əlavə edib ki, məxfi məlumatların ardınca düşənlər isə heç vaxt həvəskar xakerlər olmurlar.

“Bunlar həvəskar fəaliyyətlə məşğul deyil, əksər hallarda dövlətlər və ya dövlətlərin dəstəklədiyi kiber təhdid aktyorlarıdır.

Kiber müdafiə qabiliyyətimiz kifayət qədər yüksək səviyyədədir. Bilirsiniz ki, bütün çıxışlarımda məsələlərin şəffaf təqdim olunmasının tərəfdarıyam. Nəyə görə? Çünki bu, çatışmazlıqlarımızı vaxtında aradan qaldırmağa, onları birgə müzakirə edib həlli yollarını tapmağa imkan verir. Bu, kollegial bir prosesdir. Problemin həllini yalnız bir təşkilatın üzərinə qoymaq düzgün deyil. Beynəlxalq təcrübə də göstərir ki, kollektiv müdafiə (collective defense) bu məsələnin tam mərkəzində duran əsas prinsipdir.

Qeyd etmək lazımdır ki, xoşbəxtlikdən müdafiə sektorunda indiyədək heç bir ciddi kiber insident qeydə alınmayıb. Qeydə alınan müəyyən çatışmazlıqların vaxtında aradan qaldırılması üçün kollegial fəaliyyət çox yaxşı təşkil olunub. Kiber risklərin, ümumi çatışmazlıqların müəyyən edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi ilə bağlı keçirilmiş auditlərin nəticələri göstərir ki, müdafiə sektorunda kiber müdafiə vəziyyəti kifayət qədər qənaətbəxşdir”,- deyə general-mayor əlavə edib.

O həmçinin vurğulayıb ki, buna baxmayaraq, texnologiyanın inkişafı ilə paralel olaraq təhdidlərə qarşı mübarizə imkanlarımızı da artırmalıyıq ki, təhdidlərin aktuallığını daim izləyə və effektiv müdafiəni təmin edə bilək.


15 Okt 2026
Siyasət

Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində qeyri-rəsmi söhbət ediblər.

15 Okt 2026
Siyasət

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək.

15 Okt 2026
Siyasət

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib.

15 Okt 2026
Siyasət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

15 Okt 2026
Siyasət

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.