Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək

Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02 Okt 2026 14:09

Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə “Neftçi” (Azərbaycan) - “Spartak” (Vilnüs, Litva) veteranları arasında yoldaşlıq görüşü keçiriləcək.

Gənclər və İdman Nazirliyinin məlumatına görə, qarşılaşma 4 oktyabr, saat 12:00-da baş tutacaq.

Qeyd edək ki, 1951-ci ildə stadionun açılışında bu iki komanda qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunun ümumi ərazisi 10,5 hektardır. Kompleksdə 31 200 tamaşaçı tutumu olan əsas futbol stadionu, minifutbol meydançası, 200 tamaşaçı tutumlu universal idman zalı, fitnes zalı, 100 yerlik konfrans zalı və 200 nəfərlik restoran fəaliyyət göstərir. Stadion ölkəmizin ən köklü idman qurğularından biri olaraq beynəlxalq və yerli miqyaslı futbol matçlarına, eləcə də digər irimiqyaslı idman və mədəniyyət tədbirlərinə ev sahibliyi edir.


12 Okt 2026
İdman

Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar - Foto

Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

12 Okt 2026
İdman

Azərbaycanın iki boksçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

10 Okt 2026
İdman

Dünya çempionatı: Cüdoçularımız ardıcıl qələbələrlə 1/8 finala çıxdılar

Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar.

10 Okt 2026
İdman

Dünya çempionatı: Madina Kaisinova mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırıb.

10 Okt 2026
İdman

5 boksçumuz Avropa çempionatının finalına yüksəldi

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala vəsiqə qazanıb.