Bakıya leysan, dağlara qar yağacaq - 03.10.2026

Bakıya leysan, dağlara qar yağacaq - 03.10.2026
02 Okt 2026 12:56

Oktyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 civə sütununa yüksələcək. Nisbi rütubət 80-90% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 16-20° isti, dağlarda 2-5° isti, gündüz 5-8° isti olacaq.


15 Okt 2026
Cəmiyyət

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib.

15 Okt 2026
Cəmiyyət

Sabah hava çiskinli olacaq - 16.10.2026

Oktyabrın 16-də gözlənilən hava şəraiti açıqlanıb.

15 Okt 2026
Cəmiyyət

Azərbaycan qaz ixracını artırıb

Bu ilin 9 ayında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu da illik müqayisədə 0,8 azalma deməkdir.

15 Okt 2026
Cəmiyyət

Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

Bu ilin I yarısında Azərbaycanın maliyyə sektorunun aktivləri 7 % artaraq 64,9 milyard manata çatıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 50 %-i deməkdir.