Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"

Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
02 Okt 2026 12:54

"Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı regional sabitlik, təhlükəsizlik və inkişaf üçün mühüm platformadır".

Oxu.Az-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Şuşada keçirilən üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib.

O bildirib ki, görüş üç ölkə arasındakı dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir:

"Görüşümüzün işgüzar mühitdə keçdiyini və çox səmərəli olduğunu qeyd etmək istəyirəm. Görüşdə münasibətlərin ikitərəfli və üçtərəfli formatlarda inkişaf perspektivləri, regionda cərəyan edən əsas siyasi proseslər, bölgə infrastrukturunun əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb".

"Dünyada gərginliyin artması, yaşanan çətinliklər və iqtisadi maneələr fonunda ölkələr arasında koordinasiya və qarşılıqlı fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. 2026-cı il ərzində də üçtərəfli formatda bir sıra mühüm layihələr həyata keçirilib. Birgə səylərlə əlaqələri daha da genişləndirmək və möhkəmləndirmək niyyətindəyik. Qarşılıqlı hörmətə, dostluq münasibətlərinə və etimada əsaslanan əməkdaşlıq regionda sülh, sabitlik və təhlükəsizlik üçün böyük əhəmiyyət daşıyır", - deyə nazir əlavə edib.


15 Okt 2026
Siyasət

Prezident İlham Əliyev və Sadır Japarov AQEM sammiti çərçivəsində qeyri-rəsmi söhbət edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində qeyri-rəsmi söhbət ediblər.

15 Okt 2026
Siyasət

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrlik edəcək.

15 Okt 2026
Siyasət

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - Foto/Video

Oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü keçirilib.

15 Okt 2026
Siyasət

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanı qəbul edib.

15 Okt 2026
Siyasət

Azərbaycan Prezidenti Qətər əmiri ilə görüşüb - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.