Kəlbəcərə sulu qar yağıb - Faktiki hava

Kəlbəcərə sulu qar yağıb - Faktiki hava
02 Okt 2026 11:07

Oktyabrın 2-də saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Oxu.Az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşamdan bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır. Gecə saatlarında Kəlbəcərin yüksək dağlıq ərazilərinə sulu qar yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 46, Zaqatalada 26, Sarıbaşda (Qax) 16, Şəkidə 12, Tovuzda 7, Lerikdə 6, Gədəbəy, Ordubad və Şahbuzda 5, Culfada 4, Oğuz, Qusar və Daşkəsəndə 3, Şərur, Sədərək, Quba və Şahdağda 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Şabran, Naftalan, Naxçıvan, Göygöl, Şəmkir, Goranboy, Ağstafa, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlı və Lənkəranda 1 mm-dir.


15 Okt 2026
Cəmiyyət

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib.

15 Okt 2026
Cəmiyyət

Sabah hava çiskinli olacaq - 16.10.2026

Oktyabrın 16-də gözlənilən hava şəraiti açıqlanıb.

15 Okt 2026
Cəmiyyət

Azərbaycan qaz ixracını artırıb

Bu ilin 9 ayında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu da illik müqayisədə 0,8 azalma deməkdir.

15 Okt 2026
Cəmiyyət

Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

Bu ilin I yarısında Azərbaycanın maliyyə sektorunun aktivləri 7 % artaraq 64,9 milyard manata çatıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 50 %-i deməkdir.