Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib
02 Okt 2026 10:39

Azad olunan ərazilərdə sentyabr ayında 151 tank əleyhinə mina, 757 piyada əleyhinə mina, 4525 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Ölkə.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumatında deyilir.

Məlumata əsasən, 6 667,1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir QHT Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.


15 Okt 2026
Cəmiyyət

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib.

15 Okt 2026
Cəmiyyət

Sabah hava çiskinli olacaq - 16.10.2026

Oktyabrın 16-də gözlənilən hava şəraiti açıqlanıb.

15 Okt 2026
Cəmiyyət

Azərbaycan qaz ixracını artırıb

Bu ilin 9 ayında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu da illik müqayisədə 0,8 azalma deməkdir.

15 Okt 2026
Cəmiyyət

Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

Bu ilin I yarısında Azərbaycanın maliyyə sektorunun aktivləri 7 % artaraq 64,9 milyard manata çatıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 50 %-i deməkdir.