Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun ilk final seansı keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası (ASF) məlumat yayıb.
Bildirilib ki, federasiyanın təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi ilə keçirilən turnirin ilk günü gərgin və maraqlı mübarizəyə səhnə olub.
Yarışda 12 kateqoriya üzrə final mərhələsi baş tutub. Azərbaycan təmsilçilərindən Abdurrəhman Rüstəmov, Anastasiya Boborıkina, Anastasiya Qnusina, Mehri Abdurəhmanlı, Oqtay Hüseynov və Vlastilina Xasyanova həlledici mərhələdə mübarizə aparıblar. İdmançılarımızdan Oqtay Hüseynov 400 metr məsafəyə sərbəst, Anastasiya Boborıkina isə 200 metr məsafəyə brass üsulu ilə yarışda şəxsi göstəricilərini yeniləyiblər.
Günün əsas hadisəsinə avstraliyalı Kemeron Makevoy imza atıb. O, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışında 20.22 saniyəlik nəticə göstərərək Dünya Kuboku tarixinin rekordunu qırıb.
Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Azərbaycanın daha bir boksçusu Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.
Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar.