Sentyabrda Azərbaycanda 24 gün temperatur normadan yüksək olub

Sentyabrda Azərbaycanda 24 gün temperatur normadan yüksək olub
01 Okt 2026 17:06

2026-cı ilin sentyabr ayında ölkə ərazisində havanın temperaturu iqlim norması ilə müqayisədə 24 gün normadan yuxarı (0–7 dərəcə), 4 gün isə normadan aşağı (0–7 dərəcə) olub. 2 gün temperatur iqlim norması daxilində müşahidə edilib.

Bu barədə Milli Hidrometeorologiya Ximdətinin verdiyi məlumatda qeyd edilib.

Bildirilib ki, orta aylıq temperatur 24 dərəcə isti olub ki, bu da iqlim normasından 2 dərəcə yuxarıdır.

Bakı və Abşeron yarımadasında sentyabr ayında maksimal temperatur sentyabrın 15-də Sumqayıtda 34 dərəcə isti, bölgələrdə isə həmin tarixdə Ordubadda 37 dərəcə isti qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında sentyabrın 9-da 13 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə həmin tarixdə 2 dərəcə şaxta (Şahdağ) olub.

Sentyabr ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb. Bəzi yerlərdə yağıntılar intensiv və leysan xarakterli olub. Ümumilikdə, bölgələr üzrə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı Mərkəzi Aran zonasında aylıq normanın 160 faizi olmaqla 23 mm (Hacıqabul), Balakən-Şəki zonasında aylıq normanın 106 faizi olmaqla 90 mm (Zaqatala), Bakı və Abşeron yarımadasında isə aylıq normanın 216 faizi olmaqla 49 mm (Maştağa) təşkil edib.

Şahdağda, Şamaxı rayonunun Çuxuryurd və Məlhəm kəndlərində, eləcə də Tovuz rayonunun Çobansığnaq kəndində dolu müşahidə olunub.

Sentyabr ayında Bakı və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 14 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə 28 m/s-yə çatıb.


15 Okt 2026
Cəmiyyət

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib.

15 Okt 2026
Cəmiyyət

Sabah hava çiskinli olacaq - 16.10.2026

Oktyabrın 16-də gözlənilən hava şəraiti açıqlanıb.

15 Okt 2026
Cəmiyyət

Azərbaycan qaz ixracını artırıb

Bu ilin 9 ayında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu da illik müqayisədə 0,8 azalma deməkdir.

15 Okt 2026
Cəmiyyət

Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

Bu ilin I yarısında Azərbaycanın maliyyə sektorunun aktivləri 7 % artaraq 64,9 milyard manata çatıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 50 %-i deməkdir.