Orta Dəhlizin inkişafı - qlobal logistikanın ən mühüm vəzifələrindən biridir - Dünya Bankı

Orta Dəhlizin inkişafı - qlobal logistikanın ən mühüm vəzifələrindən biridir - Dünya Bankı
01 Okt 2026 13:48

Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBND) yüksək səviyyəli ticarət-iqtisadi dəhlizə çevrilməsi qlobal logistikanın ən mühüm vəzifələrindən biridir.

Trend xəbər verir ki, bunu Dünya Bankının nəqliyyat məsələləri üzrə baş iqtisadçısı Muniza Alam cümə axşamı Dünya Bankı Qrupunun “Orta Dəhliz: növbəti mərhələ” mövzusunda keçirilən onlayn tədbiri zamanı deyib.

“Transxəzər nəqliyyat dəhlizinin dünya standartlarına cavab verən yüksək səviyyəli ticarət-iqtisadi dəhlizə çevrilməsi, bəlkə də, bu gün qlobal logistikanın qarşısında duran ən mürəkkəb və mühüm vəzifələrdən biridir”, - deyə o bildirib.

M.Alamın sözlərinə görə, bu vəzifə mürəkkəbdir, çünki söhbət dünyanın ən uzun multimodal dəhlizlərindən birindən gedir. Onun uzunluğu 10 000 kilometrdən çoxdur və bütün marşrut boyunca daşımalar üçün maneələr və əlavə çətinliklər yaradan amillər mövcuddur.

“Burada müxtəlif nəqliyyat növləri ilə bağlı problemlər, əməliyyat çətinlikləri, eləcə də institusional maneələr var. Buna görə də bu dəhlizin istismarı kifayət qədər mürəkkəb vəzifədir.

Lakin eyni zamanda, bu, hazırda mövcud olan ən mühüm dəhlizlərdən biridir. Bu dəhliz Asiya ilə Avropanı birləşdirən marşrutlardan biridir və keçdiyi bütün ölkələr üçün unikal imkanlar yaradır”, - deyə o bildirib.

O qeyd edib ki, Mərkəzi Asiyanın beş ölkəsi üçün dəhliz bütün növ yüklərin dünya bazarlarına çıxışı baxımından həyati əhəmiyyət daşıyan nəqliyyat bağlantısını təmin edir.

“Cənubi Qafqaz, eləcə də Türkiyə üçün bu dəhliz Şərqi Asiya, Avropa, həmçinin Mərkəzi Asiyaya yüklərin daşınması üçün daha birbaşa marşrut təqdim edir. Avropanın və Şərqi Asiyanın son təyinatlı regionları üçün isə konteyner yüklərinin daşınması üçün alternativ marşrut yaradır”, - deyə M.Alam bildirib.


15 Okt 2026
Dünya

Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ

Ölkə.az xəbər verir ki, avronun məzənnəsi 0,06% artaraq 1,9067 manat, Rusiya rublunun məzənnəsi 0,74% geriləyərək 100 rubl üçün 2,0299 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0344 manat təşkil edib.

15 Okt 2026
Dünya

Dünya bazarında qızıl və gümüş bahalaşdı

Dünya əmtəə bazarlarında qiymətli metalların dəyərində artım qeydə alınıb. Həm qızıl, həm də gümüş üzrə fyuçerslərin qiyməti yüksələrək bazarda bahalaşma meylini nümayiş etdirib.

15 Okt 2026
Dünya

Pakistanda məktəbdə faciə - azı 21 uşaq ölüb

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində azı 21 uşaq ölüb.

15 Okt 2026
Dünya

İstanbulda küçələri sel basdı - (Foto)

İstanbulda dünən axşamdan etibarən fasilələrlə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.

15 Okt 2026
Dünya

Ərdoğanın sədrliyi ilə Ali Məşvərət Şurasının iclası keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident yanında Ali Məşvərət Şurasının iclası keçirilib.