Azərbaycan ordusunun atəş gücü artırılır: Yeni silahlar təqdim olundu - Foto

Azərbaycan ordusunun atəş gücü artırılır: Yeni silahlar təqdim olundu - Foto
01 Okt 2026 12:14

Türkiyənin CANİK silah istehsal şirkəti Azərbaycanla hərbi-texniki əməkdaşlıq çərçivəsində "M3 FALCON" ağır pulemyotları və "METE SFT" silahlarını tədarük edib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarında olan Rusiyanın istehsalı olan "Mi-17" helikopterlərinə "M3 FALCON FLEX" lafeti və "M3 FALCON" ağır pulemyotu inteqrasiya edilib.

Azərbaycanın Hərbi Hava Qüvvələrinin inventarında olan "Mi-17" helikopterlərinə inteqrasiya edilən "M3 FALCON FLEX" lafeti və "M3 FALCON" ağır pulemyotundan ümumilikdə 20 ədəd tədarük edilib. 10 helikopterə hərəsinə iki ədəd olmaqla, lafet və silah birlikdə komplekt şəklində təqdim olunub.

CANİK tərəfindən Azərbaycanın Quru Qoşunları və xüsusi təyinatlı qüvvələri üçün "METE SFT" silah modeli də tədarük olunur.

"METE SFT"nin səsboğucu taxıla bilən modeli "METE SFT Pro"dur.

Silahlar nişangahları, fənərləri, həmçinin ayaq qılıfı, bel qılıfı və digər aksesuarlarla birlikdə təqdim edilir.

 

 


15 Okt 2026
Cəmiyyət

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən indiyədək hasil edilən neft və qazın həcmi açqlanıb

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 684,5 milyon tona yaxın neft (qaz kondensatı ilə birlikdə), 540 milyard kubmetr qaz hasil edilib.

15 Okt 2026
Cəmiyyət

Sabah hava çiskinli olacaq - 16.10.2026

Oktyabrın 16-də gözlənilən hava şəraiti açıqlanıb.

15 Okt 2026
Cəmiyyət

Azərbaycan qaz ixracını artırıb

Bu ilin 9 ayında Azərbaycanda 37,9 milyard kubmetr təbii qaz hasil edilib. Bu da illik müqayisədə 0,8 azalma deməkdir.

15 Okt 2026
Cəmiyyət

Azərbaycanın maliyyə sektoru bu il 7 % böyüyüb

Bu ilin I yarısında Azərbaycanın maliyyə sektorunun aktivləri 7 % artaraq 64,9 milyard manata çatıb ki, bu da ümumi daxili məhsulun (ÜDM) 50 %-i deməkdir.