Rusiya Silahlı Qüvvələri ilk dəfə Ukraynaya qarşı reaktiv pilotsuz uçuş aparatında elektrik ötürücü xətləri və körpü konstruksiyalarını məhv etmək üçün hazırlanmış yeni tip döyüş başlığından istifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müdafiə sahəsində texnoloji istiqamətlərin inkişafı üzrə müşaviri Sergey Beskrestnov "Fleş" ləqəbi ilə "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, reaktiv PUA-da ilk dəfə kəsici-kumulyativ xüsusi yüklü döyüş başlığından (KRSN) istifadə olunub.
"Belə bir döyüş başlığı xüsusi olaraq yüksəkgərginlikli dayaqların və dəmir körpü konstruksiyalarının məhv edilməsi üçün yaradılıb", - deyə Beskrestnov yazıb.
Müşavir bildirib ki, Rusiya tərəfi bundan sonra mühüm yüksəkgərginlikli elektrik ötürücü xətlərinə qarşı da belə PUA-lardan istifadə edə bilər. Bu, onun ehtimalı kimi təqdim olunub.
Qeyd edək ki, son günlər Rusiya Silahlı Qüvvələrinin Ukraynanın energetika infrastrukturuna zərbələri artıb. Bildirilir ki, sentyabrın 30-na keçən gecə Kiyevdə enerji infrastrukturunun dörd obyekti hücuma məruz qalıb.
Ölkə.az xəbər verir ki, avronun məzənnəsi 0,06% artaraq 1,9067 manat, Rusiya rublunun məzənnəsi 0,74% geriləyərək 100 rubl üçün 2,0299 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0344 manat təşkil edib.
Dünya əmtəə bazarlarında qiymətli metalların dəyərində artım qeydə alınıb. Həm qızıl, həm də gümüş üzrə fyuçerslərin qiyməti yüksələrək bazarda bahalaşma meylini nümayiş etdirib.
Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində azı 21 uşaq ölüb.