İtaliya hərbçilərini İraqdan tam çıxardı

İtaliya hərbçilərini İraqdan tam çıxardı
30 Sent 2026 11:04

İtaliya İraqdakı 12 illik hərbi mövcudluğuna son qoyaraq sonuncu hərbi qulluqçularının bu ölkədən çıxarılmasını başa çatdırıb.

Ölkə.az xəbər verir ki, bu barədə İtaliya Müdafiə Nazirliyi bəyanat yayıb.

Rəsmi Roma kontingentinin əsas hissəsini hələ 2026-cı ilin martında Şimali İraq Kürd Muxtariyyətindəki hərbi bazaya edilən gecə aviazərbəsindən sonra geri çağırmışdı. Yerdə qalan qüvvələrin tam çıxarılması isə çərşənbə axşamı yekunlaşıb.

Qeyd edək ki, İtaliya hərbçiləri İŞİD terror təşkilatına qarşı ABŞ-nin rəhbərlik etdiyi "Inherent Resolve" əməliyyatında, həmçinin İraq təhlükəsizlik qüvvələrinin təlimi və konsultasiyası ilə məşğul olan NATO missiyasında iştirak edirdilər. İtaliya və NATO bölmələri İraq hökuməti ilə qoşunların sentyabrın 30-dək ərazidən çıxarılması barədə razılığa gəlmişdilər.

Bununla belə, İtaliya ölkədəki iştirakını tamamilə dayandırmır. İki italiyalı karabiner (hərbi polis - red.) İraq hökumətinin razılığı ilə fəaliyyət göstərən Avropa İttifaqının "EUAM Iraq" missiyasının tərkibində işini davam etdirəcək. Bu missiya mülki təhlükəsizlik sektorunun islahatına dəstək verməklə məşğuldur.


15 Okt 2026
Dünya

Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ

Ölkə.az xəbər verir ki, avronun məzənnəsi 0,06% artaraq 1,9067 manat, Rusiya rublunun məzənnəsi 0,74% geriləyərək 100 rubl üçün 2,0299 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0344 manat təşkil edib.

15 Okt 2026
Dünya

Dünya bazarında qızıl və gümüş bahalaşdı

Dünya əmtəə bazarlarında qiymətli metalların dəyərində artım qeydə alınıb. Həm qızıl, həm də gümüş üzrə fyuçerslərin qiyməti yüksələrək bazarda bahalaşma meylini nümayiş etdirib.

15 Okt 2026
Dünya

Pakistanda məktəbdə faciə - azı 21 uşaq ölüb

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində azı 21 uşaq ölüb.

15 Okt 2026
Dünya

İstanbulda küçələri sel basdı - (Foto)

İstanbulda dünən axşamdan etibarən fasilələrlə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.

15 Okt 2026
Dünya

Ərdoğanın sədrliyi ilə Ali Məşvərət Şurasının iclası keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident yanında Ali Məşvərət Şurasının iclası keçirilib.