Çindən dronlarla bağlı DÜNYA REKORDU

Çindən dronlarla bağlı DÜNYA REKORDU
30 Sent 2026 10:26

Çin hovuzda keçirilən sınaq zamanı eyni vaxtda buraxılan sualtı dronların sayına görə dünya rekordu müəyyənləşdirib.

Oxu.Az "South China Morning Post" (SCMP) qəzetinə istinadən xəbər verir ki, Çin komandası eyni vaxtda işləyən avtonom sualtı dronların sayına görə dünya rekorduna imza atıb. Sınaq zamanı 100-dən çox kiçik robot suya buraxılıb.

Rekordu Şimal-Qərb Politexniki Universitetinin komandası müəyyənləşdirib. Bu nailiyyət, həmçinin "eyni vaxtda işləyən sualtı aparatların ən çox sayı" kateqoriyasında "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.

Sınaq zamanı 116 ədəd "TH-618" avtonom sualtı aparatından istifadə olunub. Onlar uzunluğu 50, eni isə 20 metr olan hovuzda işə salınıb.

Dronlar 34 dəqiqə ərzində əvvəlcədən müəyyən edilmiş marşrut üzrə, real vaxt rejimində əldə etdikləri məlumatlar əsasında avtonom şəkildə qrup halında sualtı naviqasiya həyata keçiriblər.

Çindən dronlarla bağlı DÜNYA REKORDU



15 Okt 2026
Dünya

Avro bahalaşdı, rubl ucuzlaşdı - MƏZƏNNƏ

Ölkə.az xəbər verir ki, avronun məzənnəsi 0,06% artaraq 1,9067 manat, Rusiya rublunun məzənnəsi 0,74% geriləyərək 100 rubl üçün 2,0299 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0344 manat təşkil edib.

15 Okt 2026
Dünya

Dünya bazarında qızıl və gümüş bahalaşdı

Dünya əmtəə bazarlarında qiymətli metalların dəyərində artım qeydə alınıb. Həm qızıl, həm də gümüş üzrə fyuçerslərin qiyməti yüksələrək bazarda bahalaşma meylini nümayiş etdirib.

15 Okt 2026
Dünya

Pakistanda məktəbdə faciə - azı 21 uşaq ölüb

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində azı 21 uşaq ölüb.

15 Okt 2026
Dünya

İstanbulda küçələri sel basdı - (Foto)

İstanbulda dünən axşamdan etibarən fasilələrlə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.

15 Okt 2026
Dünya

Ərdoğanın sədrliyi ilə Ali Məşvərət Şurasının iclası keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident yanında Ali Məşvərət Şurasının iclası keçirilib.