Hörmüz boğazında ticarət gəmisi hücuma məruz qalıb.
Bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Bildirilib ki, gəmi naməlum mərmi ilə vurulub. İnsidentdən sonra gəminin göyərtəsində yanğın baş verib.
“UKMTO 28 sentyabr 2026-cı il axşamı Hörmüz boğazında baş vermiş insident barədə gecikmiş məlumat alıb. Üçüncü tərəfin məlumatına görə, Hörmüz boğazından keçən gəminin naməlum mərmi ilə vurulduğu ehtimal edilir və nəticədə gəmidə yanğın baş verib. Yanğın daha sonra söndürülüb və gəmi hərəkətini davam etdirib”, – koordinasiya mərkəzindən bildirilib.
Qeyd olunub ki, ekipaj üzvləri xəsarət almayıb. Gəminin adı, tipi və qeydiyyat limanı açıqlanmır.
Ölkə.az xəbər verir ki, avronun məzənnəsi 0,06% artaraq 1,9067 manat, Rusiya rublunun məzənnəsi 0,74% geriləyərək 100 rubl üçün 2,0299 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0344 manat təşkil edib.
Dünya əmtəə bazarlarında qiymətli metalların dəyərində artım qeydə alınıb. Həm qızıl, həm də gümüş üzrə fyuçerslərin qiyməti yüksələrək bazarda bahalaşma meylini nümayiş etdirib.
Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində azı 21 uşaq ölüb.