Rusiya Prezidenti Vladimir Putin fiziki şəxslər, hüquqi şəxslər və fərdi sahibkarlar üçün Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, Azərbaycana, Tacikistana və Özbəkistana 1 milyon rubldan (təxminən 20,118 manat -red) artıq nağd pulun çıxarılmasını qadağan edib.
Müvafiq fərman Rusiyanın dövlət hüquqi informasiya portalında dərc olunub.
“Fiziki şəxslər tərəfindən Rusiya Federasiyasından Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərə, Azərbaycan Respublikasına, Tacikistan Respublikasına və Özbəkistan Respublikasına 1 milyon rubldan artıq məbləğdə, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən isə məbləğindən asılı olmayaraq Rusiya Federasiyasının nağd valyutasının çıxarılmasına qadağa müəyyən edilsin”, - sənəddə qeyd edilib.
Ölkə.az xəbər verir ki, avronun məzənnəsi 0,06% artaraq 1,9067 manat, Rusiya rublunun məzənnəsi 0,74% geriləyərək 100 rubl üçün 2,0299 manat, Türkiyə lirəsinin məzənnəsi dəyişməyərək 0,0344 manat təşkil edib.
Dünya əmtəə bazarlarında qiymətli metalların dəyərində artım qeydə alınıb. Həm qızıl, həm də gümüş üzrə fyuçerslərin qiyməti yüksələrək bazarda bahalaşma meylini nümayiş etdirib.
Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində özəl məktəbin damının uçması nəticəsində azı 21 uşaq ölüb.