FIFA prezidenti Canni İnfantinoya Hövsan qəsəbəsində inşa olunan futbol bazası barədə ətraflı məlumat verilib.
Bu barədə AFFA-nın Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün FIFA-nın prezidenti Canni İnfantino tarixdə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026-ya hazırlıq çərçivəsində Azərbaycana səfərə gəlib.
Səfər çərçivəsində AFFA-nın prezidenti Rövşən Nəcəf və FIFA-nın prezidenti Canni İnfantino FIFA U-15 Dünya Çempionatı və Festivalının oyunlarının keçiriləcəyi Hövsan qəsəbəsində inşa olunan futbol bazasında olublar.
FIFA prezidentinə 10 futbol meydançasından ibarət kompleksdə tikinti işlərinin gedişatı və yarışa hazırlıq prosesi barədə ətraflı məlumat verilib.
“Azərbaycan Futbol Federasiyaları Assosiasiyası FIFA-nı və Canni İnfantinonu tam dəstəkləyir”, - deyə məlumatda qeyd edilib.
Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Azərbaycanın daha bir boksçusu Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.
Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar.