"Formula-2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarışa start verilib.
Oxu.Az xəbər verir ki, 11:00-da start götürən yarış 12:05-ə qədər davam edəcək.
"Formula-2" üzrə birinci əsas yarışda "Rodin Motorsport"dan Aleks Dann birinci, onun komanda yoldaşı Martinius Stenşorne ikinci, DAMS komandasından Dino Beqanoviç üçüncü yeri tutub.
Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.
Azərbaycanın daha bir boksçusu Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.
Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar.