Usta cüdoçularımız dünya çempionatını 11 medalla BAŞA VURDULAR - FOTO

Usta cüdoçularımız dünya çempionatını 11 medalla BAŞA VURDULAR - FOTO
24 Sent 2026 09:49

Azərbaycanın usta cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar.

Oxu.Az xəbər verir ki, dördüncü yarış günündə komandamızın üzvləri daha 2 bürünc medal qazanıblar. M7 yaş kateqoriyasında Azər Əsgərov (-100 kq), M8 yaş kateqoriyasında isə Fərhad Rəcəbli (-90 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

Daha əvvəl Məmmədəli Mehdiyev (-100 kq), Babək Hacıyev (-60 kq) və Mövlud Mirəliyev (-100 kq) qızıl, Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq), Coşqun Abdullayev (-90 kq), Şıxrəcəb Şıxmuradov, Əhməd Məmmədov (hər ikisi -73 kq) və Anar Ağayev (-90 kq) isə bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan komandası dünya çempionatını 3 qızıl və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurub. Millimiz 65 ölkənin iştirak etdiyi mundialda kişilərin medal sıralamasında 7-ci yeri tutub.

 

 


12 Okt 2026
İdman

Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar - Foto

Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

12 Okt 2026
İdman

Azərbaycanın iki boksçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

10 Okt 2026
İdman

Dünya çempionatı: Cüdoçularımız ardıcıl qələbələrlə 1/8 finala çıxdılar

Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar.

10 Okt 2026
İdman

Dünya çempionatı: Madina Kaisinova mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırıb.

10 Okt 2026
İdman

5 boksçumuz Avropa çempionatının finalına yüksəldi

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala vəsiqə qazanıb.