Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb - FOTO

Naxçıvanda ilk Minifutbol Kuboku başa çatıb - FOTO
16 Sent 2026 12:11

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kuboku üzrə iki aya yaxın davam edən mübarizəyə yekun vurulub. Final qarşılaşmasında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" turnirin ilk qalibi adını qazanıb.

Oxu.Az xəbər verir ki, sentyabrın 15-də Uzunoba Təlim-Məşq Bazasında keçirilmiş final qarşılaşması Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Cahan MFK" və "Prestij MFK" arasında həlledici görüş gərgin və bolqollu mübarizə şəraitində keçib.

Qələbə sayəsində "Prestij MFK" eyni zamanda Azərbaycan Minifutbol Federasiyasının təşkil etdiyi 2026/2027 mövsümü Azərbaycan Çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.

Final qarşılaşmasından sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev və digər rəsmi qonaqlar iştirak ediblər.

Mükafatlandırma mərasimində turnirin qalibi "Prestij MFK"ya kuboku Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.

Qeyd edək ki, 14 iyul - 15 sentyabr tarixlərini əhatə edən turnir Azərbaycan Minifutbol Federasiyası (AMF) və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə keçirilib. Uzunoba Təlim-Məşq Bazasında təşkil olunan yarışda 20 komanda mübarizə aparıb, qarşılaşmalar yerli hakimlər tərəfindən idarə olunub.

Turnirin üçüncü yeri uğrunda görüşdə "XOK MFK" texniki qələbə qazanaraq bürünc medala sahib olub.

Yarışın yekunlarına əsasən fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. "Araz Naxçıvan"ın üzvü Bilal Nağıyev turnirin ən yaxşı qapıçısı, "Cahan MFK"nın futbolçusu Əsgər Əsgərov ən yaxşı oyunçusu, Samir Kərimov isə ən məhsuldar futbolçusu seçilib.




12 Okt 2026
İdman

Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar - Foto

Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

12 Okt 2026
İdman

Azərbaycanın iki boksçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

10 Okt 2026
İdman

Dünya çempionatı: Cüdoçularımız ardıcıl qələbələrlə 1/8 finala çıxdılar

Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar.

10 Okt 2026
İdman

Dünya çempionatı: Madina Kaisinova mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırıb.

10 Okt 2026
İdman

5 boksçumuz Avropa çempionatının finalına yüksəldi

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala vəsiqə qazanıb.