Gimnastlarımız dünya çempionatında gümüş medal qazandılar - FOTO

Gimnastlarımız dünya çempionatında gümüş medal qazandılar - FOTO
14 Sent 2026 09:03

11-13 sentyabr tarixlərində İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında Azərbaycan gimnastları uğurlu nəticə göstəriblər.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AGF) məlumat yayıb.

Bildirilib ki, ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.

Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.

Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.

Gimnastlarımız dünya çempionatında gümüş medal qazandılar - FOTO


12 Okt 2026
İdman

Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar - Foto

Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

12 Okt 2026
İdman

Azərbaycanın iki boksçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

10 Okt 2026
İdman

Dünya çempionatı: Cüdoçularımız ardıcıl qələbələrlə 1/8 finala çıxdılar

Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar.

10 Okt 2026
İdman

Dünya çempionatı: Madina Kaisinova mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırıb.

10 Okt 2026
İdman

5 boksçumuz Avropa çempionatının finalına yüksəldi

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala vəsiqə qazanıb.