Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Çempionlar Liqasının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
07 Sent 2026 14:03

Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunun bu həftə keçiriləcək bütün oyunlarından əvvəl Nepalda daşqınlar nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, avqustun 26-da Nepalda baş verən dağıdıcı daşqınların qurbanlarının xatirəsinə bütün oyunlardan əvvəl bir dəqiqəlik sükut elan olunacaq. Həmçinin həmrəylik və dəstək əlaməti olaraq banner açılacaq. Bannerin üzərində “Nepal, sən tək deyilsən” sözləri yazılacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçisi "Sabah" Liqa mərhələsinin 1-ci turunda "Mançester Yunayted"lə qarşılaşacaq. Sentyabrın 10-da, "Old Trafford"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.


12 Okt 2026
İdman

Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar - Foto

Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib.

12 Okt 2026
İdman

Azərbaycanın iki boksçusu Avropa çempionu oldu

Azərbaycanın daha bir boksçusu Budvada keçirilən 17 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olub.

10 Okt 2026
İdman

Dünya çempionatı: Cüdoçularımız ardıcıl qələbələrlə 1/8 finala çıxdılar

Azərbaycan cüdoçuları Camal Qamzatxanov və Kənan Nəsibov dünya çempionatında mərhələ adlayıblar.

10 Okt 2026
İdman

Dünya çempionatı: Madina Kaisinova mübarizəni dayandırdı

Azərbaycan cüdoçusu Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırıb.

10 Okt 2026
İdman

5 boksçumuz Avropa çempionatının finalına yüksəldi

Monteneqronun Budva şəhərində keçirilən boks üzrə U-17 Avropa çempionatında Azərbaycan millisinin 5 üzvü finala vəsiqə qazanıb.