Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib (FOTO)

Azərbaycan və Türkmənistan arasında konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
02 Sent 2026 17:13

Sentyabrın 2-də Aşqabad şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkmənistan Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Türkmənistan nümayəndə heyətinə isə Konsulluq xidmətləri idarəsinin rəhbəri Dövlətirat Muratov rəhbərlik edib.

Görüşdə Türkmənistanın Daxili İşlər Nazirliyinin, Miqrasiya xidmətinin, Baş Prokurorluğun rəsmiləri, həmçinin AR-in Daxili İşlər Nazirliyinin rəsmisi, ölkəmizin Türkmənistandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, o cümlədən tətbiq olunan viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparıblar.

İki ölkə arasında daxili işlər, vətəndaşlıq, miqrasiya, ədliyyə, təhsil və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb və məsləhətləşmələrin sonrakı iclasının növbəti ildə Bakı şəhərində keçirilməsi barədə razılığa gəlinib


11 Sent 2026
Siyasət

Əli Əsədov iclas keçirdi

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.

11 Sent 2026
Siyasət

Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar - FOTO

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

11 Sent 2026
Siyasət

Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb

"1991-2025-ci illər aralığında Azərbaycanda yağıntının miqdarı 7% və ya 30 mm azalıb".

11 Sent 2026
Siyasət

Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Madriddə Querer Fondunun nəzdindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Colegio Querer" məktəbini ziyarət edib.

10 Sent 2026
Siyasət

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.