Prezident İlham Əliyevdən tibb işçilərinə BÖYÜK DİQQƏT

Prezident İlham Əliyevdən tibb işçilərinə BÖYÜK DİQQƏT
02 Sent 2026 16:44

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə TƏBİB sistemində çalışan 72 212 nəfər tibb işçisinin əməkhaqqı fondunun illik 189 milyon manat artırılması onların maddi rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm sosial addımdır. Prezident İlham Əliyev tərəfindən bu gün verilən müvafiq tapşırıq dövlətin səhiyyə sisteminin inkişafına, tibb işçilərinə və onların ailələrinə göstərilən diqqət və qayğının gücləndirilməsinə, eləcə də əhalinin rifahının daha da yüksəldilməsinə verdiyi əhəmiyyətin növbəti göstəricisidir".

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva deyib.

Prezident İlham Əliyevdən tibb işçilərinə BÖYÜK DİQQƏT

O bildirib ki, bu artımı yalnız əməkhaqqının yüksəldilməsi kimi deyil, səhiyyə sisteminin uzunmüddətli və dayanıqlı inkişafına yönəlmiş insan kapitalına investisiya kimi qiymətləndirmək lazımdır:

"Həkim və digər tibb işçiləri öz peşə fəaliyyətini həyata keçirərkən sosial təminatı ilə bağlı narahatlıqların təsiri altında olmamalıdır. Tibb işçisinin maddi və sosial baxımdan daha təminatlı olması onun peşəsinə motivasiyasını daha da artıracaq, bu isə nəticə etibarilə göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək.

Əməkhaqlarının artırılması eyni zamanda səhiyyə sektorunda mövcud kadr çatışmazlığının aradan qaldırılması və iş yükünün daha ədalətli bölüşdürülməsi baxımından da əhəmiyyətlidir. Xüsusilə regionlarda səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması üçün kadr potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. İlkin səhiyyə xidməti üzrə aparılan araşdırmalar əlavə olaraq təxminən 1 500 tibb işçisinə ehtiyac olduğunu göstərir. Bu baxımdan əməkhaqqının artırılması regionlarda çalışmaq üçün tibb işçiləri üçün daha əlverişli və rəqabətqabiliyyətli şərait yarada bilər".

"Digər mühüm məqam isə səhiyyə sahəsində beyin axınının qarşısının alınmasıdır. Dövlət sektorunda əməkhaqlarının və sosial təminat imkanlarının yaxşılaşdırılması özəl sektorla rəqabətdə dövlət səhiyyəsinin kadrlar üçün cəlbediciliyini artıracaq. Bu, xüsusilə gənc mütəxəssislərin ölkədə qalması və öz peşə fəaliyyətlərini Azərbaycan səhiyyəsinin inkişafına yönəltməsi baxımından vacibdir. Əməkhaqlarının yüksəldilməsi tibb təhsilinə olan marağın artmasına da müsbət təsir göstərə bilər. Belə bir siyasət gənclər üçün həkimlik və digər tibb ixtisaslarının həm sosial, həm də peşəkar baxımdan daha cəlbedici olmasına şərait yaradacaq. Bununla yanaşı, cəmiyyətdə tibb işçisinin nüfuzunun və əməyinə verilən dəyərin daha da yüksəlməsinə xidmət edəcək. Bu addım dövlətimizin insan kapitalına verdiyi yüksək dəyərin göstəricisidir. Səhiyyə sisteminin gücü yalnız müasir xəstəxanalar və tibbi avadanlıqlarla deyil, həm də peşəkar, motivasiyalı və sosial baxımdan təminatlı tibb işçiləri ilə ölçülür", - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, bu islahatın davamlı xarakter daşıması və növbəti mərhələlərdə əməkhaqlarının digər tibb işçisi kateqoriyalarını da əhatə etməsi səhiyyə sistemində kadr potensialının daha da gücləndirilməsinə mühüm töhfə verə bilər:

"Bu baxımdan bugünkü qərarı həm tibb işçilərinə dövlət qayğısının, həm də Azərbaycanda səhiyyə islahatlarının ardıcıl şəkildə davam etdirilməsinin mühüm göstəricisi hesab etmək olar".


11 Sent 2026
Siyasət

Əli Əsədov iclas keçirdi

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.

11 Sent 2026
Siyasət

Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar - FOTO

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

11 Sent 2026
Siyasət

Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb

"1991-2025-ci illər aralığında Azərbaycanda yağıntının miqdarı 7% və ya 30 mm azalıb".

11 Sent 2026
Siyasət

Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Madriddə Querer Fondunun nəzdindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Colegio Querer" məktəbini ziyarət edib.

10 Sent 2026
Siyasət

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.