Estoniyada yeni prezident seçildi

Estoniyada yeni prezident seçildi
02 Sent 2026 16:18

Estoniya parlamentinin bu gün keçirilən növbədənkənar iclasında ədliyyə kansleri Yulle Madize ölkənin yeni prezidenti seçilib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, 101 deputatdan 71-i onun lehinə səs verib. Qalib gəlmək üçün səslərin üçdəikisini toplamaq və ya minimum 68 parlament üzvünün dəstəyini qazanmaq yetərli sayılırdı.

O, parlamentdə təmsil olunan altı partiyadan dördünün əvvəlcədən əldə etdiyi razılaşma nəticəsində alternativsiz şəkildə bu posta layiq görülüb.

Madize bu vəzifədə beşillik səlahiyyət müddəti cari ilin oktyabr ayında bitən Alar Karisi əvəzləyəcək. Keçmiş prezident hələ iyun ayında yenidən namizəd olmayacağını bəyan etmişdi.

Madize 1974-cü ildə Estoniyada dünyaya gəlib. O, Tartu Universitetinin hüquq fakültəsinin məzunudur. Həmçinin Tartu və Tallin Texniki universitetlərində konstitusiya hüququ üzrə mühazirələr oxuyub. 2015-ci ildən etibarən ədliyyə kansleri vəzifəsini icra edib. O, hər hansı bir partiyaya mənsub olmayan, müstəqil siyasi xadim kimi tanınır.

Qeyd edək ki, Estoniyada prezident beş il müddətinə seçilir və ardıcıl olaraq iki dəfədən artıq bu vəzifəni tuta bilməz. Ölkə konstitusiyasına əsasən, Estoniya parlament respublikası olduğundan dövlət başçısının səlahiyyətləri əsasən rəsmi və nümayəndəlik funksiyaları ilə məhdudlaşdırılır.


11 Sent 2026
Dünya

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Maluku şəhərində 6,2 bal gücündə zəlzələ baş verib.

11 Sent 2026
Dünya

Qazaxıstan Avroviziya mahnı müsabiqəsinə buraxılmadı

Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” agentliyinin tamhüquqlu üzvlük üçün müraciətini rədd edib. Bu üzvlük ölkəyə “Avroviziya-2027” mahnı müsabiqəsində ümumi qaydalar əsasında iştirak etmək imkanı verə bilərdi.

10 Sent 2026
Dünya

Çində gəmi yanğını faciəsi: Ölənlərin sayı 25-ə yüksəldi - VİDEO

ÇXR-də təmirdə olan xarici gəmidə baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib.

10 Sent 2026
Dünya

Peruda zəlzələ baş verib

Perunun şimal-qərbində 5.4 bal gücündə zəlzələ baş verib.

10 Sent 2026
Dünya

Nepalda ölənlərin sayı 1374-ə çatdı

Nepalın Çinlə sərhəd ərazisində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374 nəfərə çatıb.