2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş imtahanla şagird qəbul edən lisey və gimnaziyalarda II mərhələ üzrə seçimlərin nəticələri şagirdlərin şəxsi kabinetlərinə əlavə edilib.
Bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.
Bildirilib ki, şagirdlər qəbul nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsindən tanış ola bilərlər:
"Şagirdlər üçün avtomatik sorğular yaradılmışdır. Hər bir şagird şəxsi kabinetindəki “Sorğularım” bölməsindən müvafiq məlumatları izləyə bilər.
Sənədlərin (şəxsi işlərin) 7 sentyabr saat 12:00-dək təhsil müəssisəsinə təqdim edilməlidir. 2 sentyabr tarixindən etibarən qeyd olunan tarixədək sənədləri təqdim etməyən şagirdlərin sorğuları sistemdən silinəcək və qəbul nəticələri etibarsız hesab ediləcək".
Qeyd edilib ki, lisey və gimnaziyalara qəbul üzrə III mərhələ keçirilməyəcək.
Müvafiq keçidə daxil olaraq keçid balları ilə tanış olmaq mümkündür.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və M.Maqomayevadına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təqdim edildi.
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.