İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq

İsti-soyuq hava keçidi ilə bağlı xəbərdarlıq
02 Sent 2026 15:23

"İsti havadan kəskin soyuq havaya keçid, xüsusilə ürək-damar xəstəlikləri olanlar, meteohəssas insanlar, yaşlılar və tənəffüs sistemi problemləri (astma, bronxit) olan şəxslər üçün daha təhlükəlidir".

Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova açıqlayıb.

Onun sözlərinə görə, soyuq hava damarları daraldaraq qan təzyiqini qəfil qaldırır və infarkt riskini artırır:

"Soyuq və rütubətli hava nəfəs yollarının spazmına və boğulma tutmalarına yol açır. Beləliklə də tənəffüs sisteminin xroniki xəstəlikləri kəskinləşir. Yaşlılar və körpələrdə bədənin temperatur tənzimləmə (termorequlyasiya) sistemi zəif işləyir. Buna görə də hava temperaturunun kəskin dəyişməsi bu qrup insanlar üçün daha təhlükəli hesab edilir".

G. İsmayılova qeyd edib ki, meteohəssas insanlar üçün də hava temperaturunun dəyişməsi təhlükəli ola bilər:

"Atmosfer təzyiqi və temperatur dəyişəndə onlar şiddətli miqren, oynaq ağrıları və halsızlıq yaşayırlar. İmmuniteti zəif olanlar da ehtiyatlı olmalıdırlar. Kəskin keçidlər orqanizmin müqavimətini zəiflədərək virus infeksiyalarına (qrip, soyuqdəymə) zəmin yaradır".

Terapevt bildirib ki, insan sağlamlığının hava dəyişikliklərinə reaksiyası və ümumi dözümlülüyü əsasən dörd mühüm faktordan asılıdır:

"Əsas faktorlardan biri bioloji və genetik faktordur. Yaş, cins və xroniki xəstəliklərin olması bədənin adaptasiya gücünü birbaşa təyin edir. Həyat tərzi və vərdişlər də çox önəmlidir. Aktiv hərəkət, zərərli vərdişlərdən (tütün, spirtli içki) uzaq olmaq və balanslı qidalanma immuniteti gücləndirir. Psixoloji və emosional vəziyyətin də orqanizmin hava dəyişikliklərinə reaksiyası və ümumi dözümlülüyündə rolu böyükdür. Stress və yuxusuzluq sinir sistemini zəiflədir və havanın mənfi təsirlərinə qarşı bədəni müdafiəsiz qoyur. Yaşadığınız yerin rütubət dərəcəsi, havanın çirklilik səviyyəsi və ani atmosfer təzyiqi dəyişmələri də bədənə birbaşa təsir edir"


11 Sent 2026
Cəmiyyət

Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.

11 Sent 2026
Cəmiyyət

Dördüncü İqlim Həftəsi başa çatıb

Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.

11 Sent 2026
Cəmiyyət

Cəbrayıl Dövlətzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.

11 Sent 2026
Cəmiyyət

Xarici diplomatlar Xankəndidəki tikiş fabrikində - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən "AzCotton" tikiş fabriki ilə tanış olublar. Diplomatlara bu istehsal müəssisəsinin fəaliyyəti  barədə məlumat verilib.

11 Sent 2026
Cəmiyyət

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb.