Meteor yağışı olacaq

Meteor yağışı olacaq
02 Sent 2026 13:16

5–21 sentyabr 2026-cı il tarixlərində ε-Perseid meteor yağışı aktiv olacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, meteor yağışı maksimum aktivliyinə sentyabrın 9-da çatacaq.

Bildirilib ki, sentyabr ε-Perseid meteorları çox sürətlidir. Onların atmosferə daxilolma sürəti təxminən 64–65 km/s-dir. Meteor yağışının mənbəyi (radiantı) Persey (Perseus) bürcündə, ε Persey ulduzunun yaxınlığında yerləşir.

Bu meteor yağışını avqust Perseidləri ilə qarışdırmaq olmaz. Avqust Perseidlərinin mənbəyi “109P/Swift–Tuttle” kometi olduğu halda, sentyabr ε-Perseidlərinin ana cismi hələ də dəqiq müəyyən edilməyib. Müşahidələr və orbital hesablamalar bu meteorların uzunperiodlu, retroqrad orbitdə hərəkət edən, hələ kəşf edilməmiş bir kometdən yarandığını göstərir. 2013-cü ildə müşahidə edilmiş güclü aktivlik artımının analizi də meteorların komet mənşəli olduğunu göstərib, lakin məlum kometlər arasında uyğun ana cisim aşkar edilməyib.

Bakıdan baxanda meteor yağışı təxminən saat 19:32-də üfüqün şərq tərəfində görünəcək və səhərə qədər aktiv qalacaq. Müşahidə üçün ən əlverişli vaxt 9 sentyabr gecəsi və xüsusilə gecə yarısından sonra sübhə yaxın saatlardır. Bu zaman meteor yağışının radiantı səmada çox yüksək mövqedə yerləşəcək. Əlverişli hava şəraitində saatda təxminən 4 meteor müşahidə etmək mümkündür. Meteor yağışının maksimumu Yeni Ay fazasına yaxın baş verəcək. Buna görə də Ay işığı müşahidələrə demək olar ki, mane olmayacaq və bu, müşahidə şəraitini xeyli yaxşılaşdıracaq.

Meteorları izləmək üçün teleskop tələb olunmur. Meteor yağışını şəhər işıqlarından uzaq ərazidə adi gözlə müşahidə etmək və birbaşa radianta deyil, ondan təxminən 30–40° uzaqdakı səma sahəsinə baxmaq daha məqsədəuyğundur.


11 Sent 2026
Cəmiyyət

Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.

11 Sent 2026
Cəmiyyət

Dördüncü İqlim Həftəsi başa çatıb

Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.

11 Sent 2026
Cəmiyyət

Cəbrayıl Dövlətzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.

11 Sent 2026
Cəmiyyət

Xarici diplomatlar Xankəndidəki tikiş fabrikində - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən "AzCotton" tikiş fabriki ilə tanış olublar. Diplomatlara bu istehsal müəssisəsinin fəaliyyəti  barədə məlumat verilib.

11 Sent 2026
Cəmiyyət

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb.