İlham Əliyev To Lama təbrik məktubu göndərdi

İlham Əliyev To Lama təbrik məktubu göndərdi
02 Sent 2026 11:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lama təbrik məktubu göndərib.

Oxu.Az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Vyetnam Sosialist Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

İqtisadi inkişafın təmin edilməsi, əhalinin rifahının artırılması və beynəlxalq nüfuzun yüksəldilməsi istiqamətində dost Vyetnam mühüm nailiyyətlər qazanmışdır.

Azərbaycan ilə Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, etimad və dostluq ənənələrinə əsaslanır. Son illərdə yüksək səviyyəli təmasların intensivləşməsi, siyasi dialoqun genişlənməsi daha geniş əməkdaşlıq üçün əlverişli şərait formalaşdırmışdır.

Bu gün bir sıra sahələrdə, xüsusilə də iqtisadi-ticari, energetika, sənaye, nəqliyyat, turizm, təhsil və humanitar sahələrdə işbirliyimizin daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan ilə Vyetnam arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri bundan sonra da uğurla davam edərək xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Vyetnam xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


11 Sent 2026
Siyasət

Əli Əsədov iclas keçirdi

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.

11 Sent 2026
Siyasət

Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar - FOTO

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

11 Sent 2026
Siyasət

Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb

"1991-2025-ci illər aralığında Azərbaycanda yağıntının miqdarı 7% və ya 30 mm azalıb".

11 Sent 2026
Siyasət

Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Madriddə Querer Fondunun nəzdindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Colegio Querer" məktəbini ziyarət edib.

10 Sent 2026
Siyasət

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.