Kamaləddin Qafarov: “Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir”

Kamaləddin Qafarov: “Azərbaycan–Özbəkistan əməkdaşlığı daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir”
25 Avq 2026 12:39

“Prezident İlham Əliyevin Daşkənddə mətbuata bəyanatı Azərbaycan–Özbəkistan münasibətlərinin yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində dəyərləndirilməsinin artıq kifayət etmədiyini göstərən mühüm siyasi mesajlarla zəngindir”.

Bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Deputatın fikrincə, bu münasibətlər hazırda iki dövlətin qarşılıqlı maraqlarını təmin etməklə yanaşı, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin möhkəmlənməsinə, yeni iqtisadi və nəqliyyat imkanlarının formalaşmasına xidmət edən geniş regional prosesin mühüm elementinə çevrilib. “ Azərbaycanın və Özbəkistanın inkişaf proseslərinin bir-birini tamamlaması xüsusilə diqqətəlayiq bir məqamdır. Hər iki ölkə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye potensialının artırılması, investisiyaların təşviqi və müasir infrastrukturun yaradılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Bu oxşarlıq əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Çünki bir-birini tamamlayan iqtisadiyyatlar arasında tərəfdaşlıq daha geniş və uzunmüddətli nəticələr verə bilir.”

Millət vəkili qeyd edib ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının regional əhəmiyyətini müəyyən edən əsas amillərdən biri nəqliyyat və tranzit imkanlarıdır: “Azərbaycan Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Özbəkistan isə Mərkəzi Asiyanın böyük iqtisadi potensiala malik dövlətlərindən biri kimi Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsində maraqlıdır. Bu baxımdan Azərbaycan üzərindən keçən nəqliyyat marşrutlarının inkişafı hər iki ölkənin iqtisadi maraqlarına cavab verir. Prezident İlham Əliyevin Mərkəzi Asiya ilə Azərbaycanı vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etməsi də məhz bu reallıqdan irəli gəlir. Son illərdə regionlar arasında əlaqələrin sürətlə genişlənməsi coğrafi məsafələrin siyasi və iqtisadi əməkdaşlıq üçün maneə olmadığını göstərir. Əksinə, yeni nəqliyyat xətləri, logistika imkanları və ticarət marşrutları ölkələri bir-birinə daha da yaxınlaşdırır. Bu mənada Zəngəzur dəhlizi ilə bağlı məsələlər də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin çıxışında bu layihənin regionun nəqliyyat xəritəsinə təsir göstərə biləcək mühüm imkan kimi nəzərdən keçirilməsi təsadüfi deyil. Azərbaycan ərazisindən keçən yeni marşrutların inkişafı Mərkəzi Asiya dövlətlərinin, o cümlədən Özbəkistanın beynəlxalq bazarlara çıxış imkanlarını genişləndirə bilər. Beləliklə, Azərbaycan–Özbəkistan əməkdaşlığı ikitərəfli iqtisadi münasibətlərlə məhdudlaşmır, daha geniş nəqliyyat və logistika sisteminin formalaşmasına xidmət edir”.


11 Sent 2026
Siyasət

Əli Əsədov iclas keçirdi

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.

11 Sent 2026
Siyasət

Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar - FOTO

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

11 Sent 2026
Siyasət

Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb

"1991-2025-ci illər aralığında Azərbaycanda yağıntının miqdarı 7% və ya 30 mm azalıb".

11 Sent 2026
Siyasət

Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Madriddə Querer Fondunun nəzdindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Colegio Querer" məktəbini ziyarət edib.

10 Sent 2026
Siyasət

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.