Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: Ölənlər və yaralılar var - FOTO - VİDEO

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: Ölənlər və yaralılar var - FOTO - VİDEO
14 Avq 2026 13:28

Rusiya qoşunları ötən sutka ərzində Ukraynanın Sumı, Dnepropetrovsk, Xarkov, Zaporojye və Donetsk vilayətlərinə zərbələr endirib.

Oxu.Az "İnterfaks-Ukraina"ya istinadən xəbər verir ki, hücumlarla bağlı təfərrüatı müvafiq bölgələrin hərbi administrasiya rəhbərləri - Oleq Qriqorov, Aleksandr Qanja, İvan Fyodorov, eləcə də Xarkov və Donetsk vilayətlərinin rəsmiləri Oleq Sinequbov və Vadim Filaşkin açıqlayıblar.

 

Bildirilir ki, həyata keçirilən hücumlar nəticəsində üç nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sumı vilayətində Rusiya qoşunları səhər saatlarında Burin icmasındakı fərdi yaşayış evinə reaktiv pilotsuz uçuş aparatları ilə iki zərbə endirib. Bina ciddi zədələnib, yanğın baş verib. 29 yaşlı qadın və onun doqquz yaşlı oğlu həlak olublar. Daha dörd nəfər xəsarət alıb, onlardan ikisi - həlak olan oğlanın atası və nənəsi ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Dnepropetrovsk vilayətinə endirilən 10-dan çox zərbə nəticəsində dörd nəfər, o cümlədən 14 yaşlı qız və 16 yaşlı gənc xəsarət alıblar. Kənd təsərrüfatı müəssisəsi, fərdi ev və avtomobillər zədələnib.

Xarkov vilayətində Rusiya qoşunları sutka ərzində Xarkova və 16 yaşayış məntəqəsinə zərbələr endirib. Beş nəfər xəsarət alıb.

Zaporojye vilayətində iki nəfər yaralanıb.

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Donetsk vilayətindəki Kramatorsk şəhərinə və yaxınlıqdakı Belenke kəndinə endirdiyi aviazərbələr nəticəsində bir nəfər həlak olub, 15 nəfər yaralanıb.


11 Sent 2026
Dünya

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Maluku şəhərində 6,2 bal gücündə zəlzələ baş verib.

11 Sent 2026
Dünya

Qazaxıstan Avroviziya mahnı müsabiqəsinə buraxılmadı

Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” agentliyinin tamhüquqlu üzvlük üçün müraciətini rədd edib. Bu üzvlük ölkəyə “Avroviziya-2027” mahnı müsabiqəsində ümumi qaydalar əsasında iştirak etmək imkanı verə bilərdi.

10 Sent 2026
Dünya

Çində gəmi yanğını faciəsi: Ölənlərin sayı 25-ə yüksəldi - VİDEO

ÇXR-də təmirdə olan xarici gəmidə baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib.

10 Sent 2026
Dünya

Peruda zəlzələ baş verib

Perunun şimal-qərbində 5.4 bal gücündə zəlzələ baş verib.

10 Sent 2026
Dünya

Nepalda ölənlərin sayı 1374-ə çatdı

Nepalın Çinlə sərhəd ərazisində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374 nəfərə çatıb.