Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 281 nəfərə yüksəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Abelardo de la Espriella keçirdiyi mətbuat konfransında məlumat verib.
Prezident bildirib ki, axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir. Onun sözlərinə görə, zəlzələ nəticəsində 3 min 971 nəfər yaralanıb, 379 nəfərin isə taleyi hələlik məlum deyil.
De la Espriella qeyd edib ki, hazırda əsas prioritet mümkün qədər çox insanın həyatını xilas etməkdir.
“Vəziyyət mürəkkəbdir, lakin bütün resurslarımızdan istifadə edirik. Yardım təklif edən və müvafiq standartlara cavab verən ölkələrin imkanlarından da yararlanırıq. Qəlbim həyatını itirənlərin ailələri və hələ də itkin düşənlərlədir”, - deyə prezident bildirib.
Məlumata görə, zəlzələ nəticəsində 127 bina dağılıb, 65 min 841 evə ziyan dəyib, 10 min 677 ev isə tamamilə yararsız vəziyyətə düşüb.
İndoneziyanın Maluku şəhərində 6,2 bal gücündə zəlzələ baş verib.
Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” agentliyinin tamhüquqlu üzvlük üçün müraciətini rədd edib. Bu üzvlük ölkəyə “Avroviziya-2027” mahnı müsabiqəsində ümumi qaydalar əsasında iştirak etmək imkanı verə bilərdi.