Avqustun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 53 (aylıq normanın 46 %-i), Balakəndə 45 (aylıq normanın 61 %-i), Zaqatalada 44 (aylıq normanın 60 %-i), Xınalıqda 40 (aylıq normanın 119 %-i), Qrızda 20 (aylıq normanın 38 %-i), Qusarda 10 (aylıq normanın 30 %-i), Gədəbəydə 10, Quba, Tovuzda 8, Ağdamda 7, Xaçmaz, Şabran, Kişçayda (Şəki) 4, Daşkəsən, Lənkəran, Ceyrançöl, Culfada 3, Şahdağ, Qəbələdə 2, Göygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabadda, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm qeydə alınıb.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.
Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.
Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.