Şahbaz Şərif Qazaxıstana dövlət səfəri edəcək

Şahbaz Şərif Qazaxıstana dövlət səfəri edəcək
14 Avq 2026 10:25

Pakistanın Baş naziri Şahbaz Şərif Astanaya dövlət səfəri edəcək.

"Report" "Akorda"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Pakistanın Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda deyilir.

K.Tokayev Pakistanın dayanıqlı inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ikitərəfli və beynəlxalq gündəliyin geniş spektrli məsələləri üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliyini ifadə edib.

Qazaxıstan Prezidenti, həmçinin Şahbaz Şərifin Astanaya qarşıdan gələn dövlət səfərini səbirsizliklə gözlədiyini və bu səfərin iki ölkə arasında əməkdaşlığa yeni təkan verəcəyini vurğulayıb.

K.Tokayev Pakistan Prezidenti Asif Əli Zərdariyə və Şahbaz Şərifə fəaliyyətlərində uğurlar, Pakistan xalqına isə firavanlıq və tərəqqi arzulayıb.


11 Sent 2026
Dünya

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Maluku şəhərində 6,2 bal gücündə zəlzələ baş verib.

11 Sent 2026
Dünya

Qazaxıstan Avroviziya mahnı müsabiqəsinə buraxılmadı

Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” agentliyinin tamhüquqlu üzvlük üçün müraciətini rədd edib. Bu üzvlük ölkəyə “Avroviziya-2027” mahnı müsabiqəsində ümumi qaydalar əsasında iştirak etmək imkanı verə bilərdi.

10 Sent 2026
Dünya

Çində gəmi yanğını faciəsi: Ölənlərin sayı 25-ə yüksəldi - VİDEO

ÇXR-də təmirdə olan xarici gəmidə baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib.

10 Sent 2026
Dünya

Peruda zəlzələ baş verib

Perunun şimal-qərbində 5.4 bal gücündə zəlzələ baş verib.

10 Sent 2026
Dünya

Nepalda ölənlərin sayı 1374-ə çatdı

Nepalın Çinlə sərhəd ərazisində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374 nəfərə çatıb.