Tufandağ buzlağının buzlaq dili ötən illərlə müqayisədə geri çəkilib (FOTO)

Tufandağ buzlağının buzlaq dili ötən illərlə müqayisədə geri çəkilib (FOTO)
13 Avq 2026 17:03

Tufandağ buzlağında monitorinq zamanı dəyişikliklər qeydə alınıb, buzlağın buzlaq dili ötən illərlə müqayisədə geri çəkilib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, Tufandağ buzlağının vəziyyətinin qiymətləndirilməsi məqsədilə hər il mütəmadi olaraq monitorinqlər həyata keçirilir:

"Bu tədqiqatların nəticələri iqlim dəyişmələrinin regionun dağlıq ərazilərinə təsirlərinin qiymətləndirilməsi, mümkün risklərin müəyyənləşdirilməsi və müvafiq adaptasiya tədbirlərinin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

2026-cı ilin 5–11 avqust tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən birgə həyata keçirilən ekspedisiya çərçivəsində Böyük Qafqazın şimal-şərq yamacında, Qusarçayın hövzəsində yerləşən Tufandağ buzlağında növbəti çöl tədqiqat işləri aparılıb. Aparılan monitorinq nəticələrinə əsasən demək olar ki, Tufandağ buzlağının ekosistemində bir sıra dəyişikliklər qeydə alınır. Müəyyən sahələrdə buzlaq səhtinin qalınlaşması müşahidə edilsə də, buzlaq dilinin ötən illərlə müqayisədə geriyə çəkilməsi qeydə alınıb.

Tufandağ buzlağında müşahidə olunan dəyişikliklər Ümumdünya Meteorologiya Təşkilatının qlobal iqlim üzrə hesabatlarında əks olunan tendensiyalarla da uyğunluq təşkil edir".


11 Sent 2026
Dünya

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Maluku şəhərində 6,2 bal gücündə zəlzələ baş verib.

11 Sent 2026
Dünya

Qazaxıstan Avroviziya mahnı müsabiqəsinə buraxılmadı

Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın “Xabar” agentliyinin tamhüquqlu üzvlük üçün müraciətini rədd edib. Bu üzvlük ölkəyə “Avroviziya-2027” mahnı müsabiqəsində ümumi qaydalar əsasında iştirak etmək imkanı verə bilərdi.

10 Sent 2026
Dünya

Çində gəmi yanğını faciəsi: Ölənlərin sayı 25-ə yüksəldi - VİDEO

ÇXR-də təmirdə olan xarici gəmidə baş verən yanğın nəticəsində 25 nəfər həyatını itirib.

10 Sent 2026
Dünya

Peruda zəlzələ baş verib

Perunun şimal-qərbində 5.4 bal gücündə zəlzələ baş verib.

10 Sent 2026
Dünya

Nepalda ölənlərin sayı 1374-ə çatdı

Nepalın Çinlə sərhəd ərazisində baş verən güclü torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1374 nəfərə çatıb.