Pakistan Azərbaycan səfirinin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib

Pakistan Azərbaycan səfirinin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib
10 Avq 2026 17:03

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Pakistan Xarici İşlər Nazirliyinin "X" hesabında yaydığı məlumata görə, Dar Azərbaycanın səfiri ilə vida görüşü keçirib.

“Bu gün Baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Azərbaycanın səfiri Xəzər Fərhadovu vida görüşünə qəbul edib. Baş nazirin müavini və xarici işlər naziri X.Fərhadovun Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib”, – deyə paylaşımda bildirilib.

Dar Azərbaycan səfirinə yeni vəzifəsində uğurlar arzulayıb, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə və xarici işlər naziri Ceyhun Bayramova ən xoş arzularını və şəxsi salamlarını çatdırıb.

“Səfir vəzifədə olduğu müddətdə ona göstərilən dəstəyə görə Baş nazirin müavini və xarici işlər nazirinə təşəkkür edib. O, Pakistanın regionda davamlı sülhün əldə olunması istiqamətində fəal səylərini yüksək qiymətləndirib”, – deyə nazirlik əlavə edib.

Azərbaycan və Pakistan sıx siyasi əlaqələr saxlayır və ticarət, energetika, nəqliyyat əlaqələrinin inkişafı, müdafiə və regional təhlükəsizlik də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini mütəmadi olaraq vurğulayırlar.

Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xəzər Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Digər sərəncama əsasən, o, Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


11 Sent 2026
Siyasət

Əli Əsədov iclas keçirdi

İqtisadi Şuranın 2027-ci ilin büdcə və iqtisadi proqnozlarına həsr olunmuş iclası keçirilib.

11 Sent 2026
Siyasət

Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar - FOTO

Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri bu gün Qarabağ Universiteti ilə tanış olublar.

11 Sent 2026
Siyasət

Azərbaycanda son 30 ildə yağıntıların miqdarı azalıb

"1991-2025-ci illər aralığında Azərbaycanda yağıntının miqdarı 7% və ya 30 mm azalıb".

11 Sent 2026
Siyasət

Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Madriddə Querer Fondunun nəzdindəki xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün "Colegio Querer" məktəbini ziyarət edib.

10 Sent 2026
Siyasət

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqlayıb

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb.