İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar. Yaxın vaxtlarda bununla bağlı birgə bəyanat dərc oluna bilər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Tərəflərin nəzərdən keçirdiyi marşrutun coğrafi parametrləri razılaşdırılıb və əgər bəzi üçüncü tərəflər bu məsələdə maneə yaratmasalar, iki ölkənin razılaşdırdığı əsas müddəaları və mühüm məqamları özündə əks etdirən birgə bəyanat da yekun baxış və hazırlıq mərhələsindədir", - deyə o vurğulayıb.
Daha əvvəl İranın dövlət teleradio şirkəti mənbəyə istinadən xəbər vermişdi ki, Oman və İran arasında bağlanacaq gələcək saziş Hörmüz boğazının dərhal açılmasını nəzərdə tutmur və bu məsələ ABŞ-nin atacağı addımlardan asılı olacaq.
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.
Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.
Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.
Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.