Zakir Həsənov HHM bölmələrinin hərbi infrastrukturuna baxış keçirib (FOTO/VİDEO)

Zakir Həsənov HHM bölmələrinin hərbi infrastrukturuna baxış keçirib (FOTO/VİDEO)
05 Avq 2026 13:56

Müdafiə Nazirliyinin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Rəhbər heyətə məruzə olunub ki, respublikamızın müxtəlif bölgələrində yeni istifadəyə verilmiş 20-yə yaxın hərbi infrastruktur obyektində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.

İnfrastrukturlar bütün zəruri ehtiyacları təmin etmək məqsədilə müasir avadanlıq, mebel və inventarlarla təchiz olunub.

General-polkovnik Zakir Həsənov ölkəmizin hava məkanının fasiləsiz müdafiəsi, bununla yanaşı HHM bölmələrində keçirilən təlim və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.


10 Avq 2026
Siyasət

Pakistan Azərbaycan səfirinin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

10 Avq 2026
Siyasət

Prezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

10 Avq 2026
Siyasət

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.

10 Avq 2026
Siyasət

Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO

Macəra janrında çəkilən "Tanrının yaraqları: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.

10 Avq 2026
Siyasət

Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.