Ən yüksək balı onlar topladı

Ən yüksək balı onlar topladı
05 Avq 2026 11:32

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Sağlamolun.az xəbər verir ki, DİM bu imtahanlarda hər iki ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adını açıqlayıb.

 

Belə ki, imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Əliyev Turan Anar oğlu göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.

Fotoda: Şəbnəm Novruzova

III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.

Fotoda: İlahə Məhərrəmzadə 

Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.


10 Avq 2026
Cəmiyyət

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub.

10 Avq 2026
Cəmiyyət

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq mal satılıb.

10 Avq 2026
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

10 Avq 2026
Cəmiyyət

Sabah Bakıda yağış yağacaq - 11.08.2026

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Avq 2026
Cəmiyyət

FHN: Ötən həftə 925 yanğına çıxış olub, 43 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.