Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 5.05 ABŞ dolları və ya 5.22% azalaraq 91.68 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən gün də Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb və qiyməti 96.73 ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq mal satılıb.
Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.