Avqustun 5-i gecə saatlarında Rusiya silahlı qüvvələrinin Kiyev vilayətinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, daha 27 nəfər isə xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DFHX) və Kiyev Vilayət Hərbi Administrasiyası xəbər verib.
"Brovarı rayonuna edilən hücumlar nəticəsində Brovarı şəhəri, Velikaya Dimerka qəsəbəsi, Kvitneve və Pobeda kəndlərindəki anbar binalarında güclü yanğınlar qeydə alınıb. Fastov rayonunda yerləşən müəssisələrdən birində nəqliyyat vasitələrində başlayan yanğının qarşısı alınıb. Buça rayonunun Çayki kəndindəki anbarda çıxan yanğının söndürülməsi istiqamətində işlər aparılır. Sofiyevskaya Borşaqovka kəndində isə logistika mərkəzinin ərazisindəki alovun qarşısı alınıb", - deyə məlumatda qeyd olunub.
Dövlət xidmətindən bildirilib ki, gecə saatlarında Obolon, Svyatoşin, Qoloseyev və Desnyan rayonları da hücumlara məruz qalıb.
"Başqa bir ünvanda sənaye müəssisəsinin ərazisində kiçik miqdarda ammonyak sızıntısı baş verib. Xilasedicilər klapanları bağlayaraq axının qarşısını alıblar. Xoşbəxtlikdən sakinlər üçün heç bir təhlükə yoxdur", - deyə qurumdan bildirilib.
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.
Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.
Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.
Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.