215 nəfərin öldüyü vulkan yenidən püskürdü

215 nəfərin öldüyü vulkan yenidən püskürdü
04 Avq 2026 15:51

Qvatemalada Fuego vulkanı yenidən aktivləşib.

Milli.Az xəbər verir ki, dünyanın ən aktiv və təhlükəli vulkanlarından biri hesab olunan Fuego vulkanında güclü püskürmə başlayıb.

Bildirilib ki, vulkanın kraterindən lava axınları çıxır, kül və tüstüdən ibarət iri sütunlar isə göyə qalxır. Artan təhlükə səbəbindən Qvatemalada narıncı təhlükə səviyyəsi elan olunub.

Hakimiyyət vulkanın yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz ərazilərə təxliyəsinə başlayıb.

Fuego vulkanı Syerra-Madre dağ silsiləsində, Antiqva şəhərindən təxminən 16 kilometr qərbdə yerləşir. Vulkan demək olar ki, daim aktivdir və burada mütəmadi olaraq kül püskürmələri və zəif partlayışlar müşahidə olunur.

Hazırkı püskürmə 2015-ci ildən bu yana doqquzuncu, son dörd il ərzində isə üçüncü güclü aktivlik kimi qiymətləndirilir.

Qeyd edək ki, Fuego vulkanının ən faciəli püskürməsi 2018-ci ildə baş verib. Həmin vaxt lava və piroklastik axınlar nəticəsində 215 nəfər həyatını itirib. 2023-cü ildəki püskürmə zamanı isə təxminən 1700 nəfər təhlükəli ərazidən təxliyə olunmuşdu.


10 Avq 2026
Dünya

7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi - VİDEO

Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib.

10 Avq 2026
Dünya

Bolqarıstanda silah zavodunda partlayış olub

Bolqarıstanda silah zavodunun sursat anbarında güclü partlayış baş verib.

10 Avq 2026
Dünya

Moldova Rusiyadakı səfirini geri çağırdı

Moldova Xarici İşlər Nazirliyi ölkə ərazisinə PUA-nın düşməsi ilə bağlı Rusiyadakı səfiri Lilian Dariyi məsləhətləşmələr üçün geri çağırıb.

10 Avq 2026
Dünya

Filippində təbii fəlakət 12 nəfərin həyatına son qoydu - VİDEO

Filippində təbii fəlakət nəticəsində ən azı 12 nəfər həyatını itirib, daha səkkiz nəfərin taleyi isə hələlik məlum deyil. Faciəyə aramsız musson yağışlarının səbəb olduğu güclü torpaq sürüşmələri və genişmiqyaslı subasmalar yol açıb.

10 Avq 2026
Dünya

Valyuta məzənnələri onlayn

Bu gün üçün ən yaxşı valyuta məzənnələri. Azərbaycanın banklarında onlayn rejimdə sərfəli valyuta məzənnələri.