Ceyhun Bayramov: "110 İsveçrə şirkəti Azərbaycanda qeydiyyatdan keçib"

Ceyhun Bayramov: "110 İsveçrə şirkəti Azərbaycanda qeydiyyatdan keçib"
04 Avq 2026 13:43

"Bu ilin payız aylarında iki ölkə arasındakı iqtisadi komissiyanın növbəti iclası keçirilicək".

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri İqnasio Kassislə Bakıda keçirilən birgə brifinqdə deyib.

Nazir qeyd edib ki, 110 İsveçrə şirkəti Azərbaycanda qeydiyyatdan keçib;

"Bunlardan 87-si aktiv fəaliyyət göstərir. Onlar sənaye, tikinti, xidmət sektoru və s. sahələrdə fəaliyyət göstərirlər. Biznes forumunun da keçirilməsinin faydalı olacağını düşünürəm. Bundan başqa, ATƏT-in Azərbaycanda həyata keçirə biləcəyi layihələri də nəzərdən keçirdik. Düşünürəm ki, qurum minatəmizləmə fəaliyyətinə töhfə verə bilər".


10 Avq 2026
Siyasət

Pakistan Azərbaycan səfirinin ikitərəfli münasibətlərin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun iki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib.

10 Avq 2026
Siyasət

Prezident Ukrayna ilə imzalanmış sazişi təsdiqlədi

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

10 Avq 2026
Siyasət

Azərbaycanın bir sıra ölkələrdəki səfirləri dəyişdirildi

Azərbaycanın Polşa, İsveçrə, Niderland, Lixtenşteyn, Lüksemburq və Belçikadakı səfirləri geri çağırılıb, bəzilərinə yeni təyinat olub.

10 Avq 2026
Siyasət

Ceki Çan Azərbaycanla bağlı danışdı - FOTO

Macəra janrında çəkilən "Tanrının yaraqları: Ultimatum" filminin beynəlxalq yaradıcı heyəti Azərbaycanın paytaxtı Bakıda çəkilişlərin növbəti mərhələsinə başlayıb.

10 Avq 2026
Siyasət

Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi

Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.