İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ

İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri TƏSDİQLƏDİ
04 Avq 2026 13:39

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni qanunu imzalayıb.

Dəyişikliklər gömrük qanunvericiliyinin tətbiqi zamanı ortaya çıxan məsələlərin həlli, gömrük fəaliyyətinin müasir tələblərə və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xarici ticarətin asanlaşdırılması və sahibkarların hüquqlarının qorunması məqsədilə hazırlanıb.

Qanuna əsasən, bir sıra yeni anlayışlar müəyyənləşdirilib, mövcud anlayışlar isə yenilənib, həmçinin Gömrük Məcəlləsinin digər qanunvericilik aktları ilə uyğunlaşdırılması təmin edilib.

Əsas yeniliklərdən biri gömrük orqanlarının səlahiyyətlərinin genişləndirilməsidir. Belə ki, gömrük borcu ödənilmədiyi hallarda gömrük orqanlarına şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ verilib. Borc ödənildikdən sonra həmin məhdudiyyətin aradan qaldırılması barədə qərarın qəbul edilməsi də gömrük orqanlarının səlahiyyətinə aid edilib.

Dəyişikliklərdə digər dövlətlərin gömrük xidmətləri ilə məlumat mübadiləsinin tranzit daşımalarını da əhatə etməsi, səyyar gömrük auditinin nəticələri barədə şəxslərə 3 iş günü ərzində məlumat verilməsi, eləcə də gömrük baxışı və yoxlamalarının daha detallı hüquqi tənzimlənməsi nəzərdə tutulub.

Bundan başqa, gömrük daşıyıcısı fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılıb, daşıyıcıların dairəsi genişləndirilib və onların siyahılarının elektron formada dərc olunması nəzərdə tutulub.

Dəyişikliklər həmçinin "Səlahiyyətli İqtisadi Operator" institutunun təkmilləşdirilməsini, malların gömrük dəyərinin milli valyuta ilə bəyan edilməsini, gömrük borcunun qismən ödənildiyi hallarda təminatın mütənasib şəkildə azad edilməsini və "Yaşıl Dəhliz" sisteminin daimi istifadəçilərinə əlavə səlahiyyətlərin verilməsini ehtiva edir.

Dövlət başçısı yeni qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə fərman da imzalayıb.


5 Noy 2026
İdman

Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək

Noyabrın 9-10-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə U-17 yeniyetmələr arasında Bakı şəhər birinciliyi təşkil olunacaq.

30 Okt 2026
İdman

Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıblar - Foto

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində Azərbaycan cüdoçuları uğurlu nəticələr əldə ediblər.

29 Okt 2026
İdman

İlham Zəkiyev: “Gözlərim açılanda ilk övladlarımı görmək istərdim” (Video)

Azərbaycanın üçqat Paralimpiya çempionu İlham Zəkiyev səmimi açıqlamaları ilə diqqət çəkib.

29 Okt 2026
İdman

Akrobatika və aerobika gimnastikası üzrə ölkə birinciliklərinə yekun vurulub (FOTO)

27 və 28 oktyabr tarixlərində Milli Gimnastika Arenasının köməkçi zalında akrobatika gimnastikası üzrə 31-ci, aerobika gimnastikası üzrə isə 10-cu ölkə birinciliyi keçirilib.

23 Okt 2026
İdman

Veteran cüdoçu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Portuqaliyanın Portiman şəhərində veteranlar arasında cüdo üzrə Avropa çempionatına start verilib.